Tehsilde A - Z Təhsil
Ana Səhifəyə Qayıt

Haqqımda

Cəfərova Aqilə Tahir qızı Tovuz rayonu Papaqçılar kənd Cəmaləddin Hüseynov adına tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır. O, 2008 - 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai sinif fakültəsini bitirib. 16 – illik peşə fəaliyyəti dövründə bir çox təlimlərdə iştirak etmiş sertifikat almışdır.

Elm və Təhsil Nazirliyinin 2024-cü ildə həyata keçirdiyi müəllimlərin sertifikasiyası prosesində uğurlu nəticə əldə edib sevdiyim peşə üzrə fəaliyyətimi davam etdirmişəm.

🏅

İştirak Edilən Təlimlər və Sertifikatlar

2012-ci il

Azərbaycan Respublikası Azad Müəllimlər Birliyi “Ümumi orta təhsil” səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim kursunda iştirak etmişəm, birinci dərəcəli sertifikat almışam.

2015-ci il

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Oxu bacarıqlarının yüksəldilməsi, oxuyub anlamanın inkişaf etdirilməsi üzrə təlimdə iştirak etmişəm.

2022-ci il

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun təşkil etdiyi Ana dili və Riyaziyyat fənninin tədrisi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üzrə onlayn təlim kursunu müvəffəqiyyətlə bitirmişəm.

2026-cı il

Adventure Development Academy MMC-nin və Harmony Academy – nin ortaq təşkilatçılığı ilə 24.03.2026-cı il tarixdə “Depressiya və Ansiyete ilə mübarizə” adlı təlimdə iştirak etmişəm və sertifikat almışam.