İstifadə Şərtləri və Qaydaları
1. Ümumi Müddəalar
Bu platformadan istifadə etməklə siz aşağıdakı şərtləri oxumuş, anlamış və tam şəkildə qəbul etmiş olursunuz.
Sayt ibtidai sinif şagirdləri və digər təhsil sahələri üzrə valideynlər və müəllimlər üçün onlayn təhsil, sınaq imtahanları, testlər və metodiki resursların mübadiləsi məqsədilə yaradılmışdır.
2. İstifadəçilərin Məsuliyyət və Öhdəlikləri
Şagirdlər və Valideynlər: Platformadakı testlərdən, onlayn dərslərdən və materiallardan şəxsi inkişaf məqsədilə istifadə etmək hüququna malikdirlər. Saytda paylaşılan hər hansı resursların icazəsiz kopyalanması və ya digər sosial şəbəkələrdə paylaşılması yol verilməzdir.
Müəllimlər: Sayta yüklənən bütün video dərslər, sınaqlar, testlər və digər materialların müəllif hüquqları qorunur. Müəllim paylaşdığı məzmunun orijinallığına və təhsil standartlarına uyğunluğuna zəmanət verməlidir. Hər hansı digər mənbədən icazəsiz kopyalanan və ya qeyri-qanuni üsullarla əldə edilən materialların platformamızda paylaşılması qəti şəkildə qadağandır! Qaydaların pozulması nəticəsində yaranan bütün hüquqi və mənəvi məsuliyyət birbaşa məlumatı paylaşan şəxsin öz üzərinə düşür.
3. Məxfilik və Şəxsi Məlumatların Qorunması
İstifadəçilərin qeydiyyat zamanı təqdim etdiyi şəxsi məlumatları (ad, əlaqə nömrəsi, e-poçt və s.) tam məxfi saxlanılır və üçüncü tərəflərə ötürülmür.
Məlumatlar yalnız platforma daxilində təhsil keyfiyyətinin artırılması və bildirişlərin göndərilməsi məqsədilə istifadə olunur.
4. İmtahan və Xidmət Şərtləri
Platformadakı bəzi sınaq və imtahanlar ödənişsiz, bəziləri isə xüsusi şərtlərlə (və ya ödənişli əsaslarla) təqdim oluna bilər. Qaydalar hər bir bölmədə qabaqcadan qeyd edilir.
5. Hüquqların Qorunması və Dəyişikliklər
Saytın bütün dizayn strukturu, loqoları və proqram təminatı "By_Jafarova" tərəfindən idarə olunur və qorunur. İcazəsiz kopyalanması və ya başqa məqsədlərlə istifadəsi qadağandır.
Administrasiya zərurət yarandıqda istifadə şərtlərində dəyişiklik etmək hüququna malikdir.