Geri Ödəniş
1 Ümumi Şərtlər
- İstifadəçi (Alıcı) əldə etdiyi xidmətdən imtina etdikdə, sifarişin rəsmiləşdirildiyi tarixdən etibarən 1 - 3 gün ərzində geri ödəniş tələbi ilə müraciət edə bilər.
- Geri ödəniş yalnız ödənişin həyata keçirildiyi ilkin bank kartına (hesabına) köçürülür. Nağd şəkildə və ya üçüncü şəxslərin kartlarına geri ödəniş edilmir.
- Geri ödəniş prosesi müraciət təsdiqləndikdən sonra bank prosedurlarından asılı olaraq 3 – 14 iş günü, bəzən isə 30 – 45 iş günü ərzində tamamlanır.
2 Bank Komissiyalarının Tutulması Qaydası
Alıcının təşəbbüsü ilə sifariş ləğv edildikdə və ya geri ödəniş tələb olunduqda, ilkin ödəniş zamanı bank tərəfindən tutulmuş ekvayrinq xidmət haqqı (vergilər və digər ödəmələr daxil olmaqla) ümumi məbləğdən çıxılır və qalan məbləğ müştəriyə geri qaytarılır. Komissiya dərəcələri kartın növündən asılı olaraq aşağıdakı kimi hesablanır:
Xidmət göstərən bankın öz kartları və ya həmin bankın daxili prosessinq sistemində xidmət olunan digər bankların kartları ilə aparılmış əməliyyatlar üzrə (taksit əməliyyatları istisna olmaqla).
Ölkədaxili digər yerli bankların və ya digər prosessinq sistemlərində xidmət olunan yerli bank kartları ilə aparılmış əməliyyatlar üzrə.
Xarici banklara məxsus kartlar və ya xarici prosessinq sistemlərində xidmət olunan kartlar vasitəsilə aparılmış əməliyyatlar üzrə.
3 Kursun Ləğvi və Geri Ödəniş Üçün Müraciət
Onlayn kurs və ya tədris paketi üzrə geri ödəniş sorğusu göndərmək üçün müraciətinizdə aşağıdakı məlumatların qeyd olunması xahiş olunur: